Ərəb milyarder qaçqınlara ada alacaq

Ərəb milyarder qaçqınlara ada alacaq
  04 Sentyabr 2015    Oxunub:5407
Misirli milyarder Naqib Suri Souiris artmaqda olan miqrant böhranınından qurtulmaq üçün maraqlı həll yolu təklif edib.

Belə ki, o, Suriya və dünyanın digər qaynar nöqtələrdən qaçıb sığınacaq axtaran minlərlə qaçqına kömək məqsədilə İtaliya və Yunanıstanda ada almaq niyyətində olduğunu açıqlayıb. O, bu haqda özünün şəxsi Twitter səhifəsində yazıb:

“Yunanıstan və ya İtaliya mənə bir ada satarsa, o adanın müstəqilliyini elan edib, sonra miqrantları oraya yerləşdirib, onları işlə təmin edib, onlar üçün yeni bir ölkə yarada bilərəm. Minlərlə qaçqınının məskunlaşa biləcəyi onlarla boş ada var. ”

Qeyd edək ki, təkcə bu ilin yanvar ayından bu yana Avropaya keçmək istəyən 2300-dən çox insan ölüb. Onların böyük bir qismi dörd il yarımdır davam edən müharibədən canlarını qurtarmağa çalışan Suriyalı qaçqınlardır.

Milyarderin sözlərinə görə, o, bu planını həyata keçirmək üçün Yunanıstan və İtaliya hökumətlərinə müraciət etməyi planlaşdırır. Bir adanın qiyməti təxminən 10-100 milyon dollar arası dəyişir.

Qeyd edək ki, Souris bir sıra Yaxın Şərq və Afrika ölkələrində, eləcə də Koreya respublikasında fəaliyyət göstərən `Orascom TMT` şirkətinin əsas icraedici rəhbəri və Misir telekanallarından birinin sahibidir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti