Dünyada 13,4 milyon uşaq təhsil ala bilmir

Dünyada 13,4 milyon uşaq təhsil ala bilmir
  05 Sentyabr 2015    Oxunub:2160
BMT-nin Uşaq Fondu (UNİCEF) "Atəş altında təhsil" başlıqlı hesabat yayıb.
"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, sənəd Suriya, İraq, Fələstin, Liviya, Sudan, Yəmən kimi müharibə bölgələrindəki uşaqların təhsil vəziyyətini əhatə edir. Hesabata görə, dünyada 13,4 milyon uşaq müharibə səbəbindən təhsil ala bilmir.

UNİCEF "itmiş nəsil" olaraq adlandırdığı uşaqların sayının daha da artmasından narahatdır. Hesabatda adıçəkilən ölkələrdə hücumlar səbəbindən 9 min məktəbin istifadəyə yararsız halda olduğu bildirilir.


Teqlər:





Xəbər lenti