“Atam bizim üçün böyük sərvət qoyub” - Xalq artistinin oğlu
Bu gün də sənətkarın övladları onun qəbrini ziyarət edib, atalarının ruhunu yad edəcəklər.
Bu haqda AzVision.az-a S. Aslanın oğlu Çingiz Aslan bildirib.
“Hazırda atamın qəbrini ziyarət etməyə gedirik. Sənət yoldaşlarından da kim istəsə, gəlib bizə qoşula bilər. Gələn həftə atamın Azərbaycan Akademik Milli Dram Teatrında yubiley mərasimini keçirəcəyik.
Birinci gün isə televiziyadan gəlib çəkiliş edəcəklər. Atam haqqında sənədli film hazırlayırlar. Nə deyək, Allah rəhmət etsin”.
Ç.Aslan atasının xalq tərəfindən unudulmadığını deyib: “Atam elə şəxsiyyətdir ki, illər sonra da insanlar tərəfindən yad ediləcək. O aramızda olmasa da adı əbədi yaşayacaq. Sağ olsunlar, onun hörmətini hələ də salxayırlar. O, təmiz adı, qazandığı uğurları bizə böyük sərvət olaraq qoyub gedib”.
Qeyd edək ki, Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri olan Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olub. Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.
Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdi. Son filmi "Adam ol" filmidir.
Ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
Şahanə Rəhimli