`Hər yer silkələnirdi, özümü balkondan atdım` - VİDEO

`Hər yer silkələnirdi, özümü balkondan atdım` - VİDEO
  05 Sentyabr 2015    Oxunub:3615
Ağdaşda zəlzələ zamanı evlərə, yardımçı tikililərə ziyan dəyib, binaların divarlarında çatlar əmələ gəlib, bəzi yerlərdə hasarlar dağılıb.

Zəlzələdə xəsarət alanlar da olub. 2 nəfər özünü yaşadığı evin ikinci mərtəbəsindən aşağı atıb, bir nəfər qaçarkən pilləkəndən yıxılaraq xəsarət alıb, 5 nəfər üzərinə şkaf düşdüyü üçün zədələnib.

Ağdaş Mərkəzi rayon Xəstəxanasının qəbul şöbəsindən verilən məlumata görə, Ağdaş şəhərinin Müşfiq İsayev küçəsindəki 45 saylı evdə yaşayan, 1986-cı il təvəllüdlü İsmayılova Vəfa Fazil qızı və Ərəbocağı kənd sakini, 1953-cü il təvəllüdlü Hüseynova Səkinə Əmirqulu qızı zəlzələ zamanı qorxu və həyəcandan özünü yaşadığı evin ikinci mərtəbəsindən ataraq ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər və vəziyyətləri orta-ağır qiymətləndirilir.

Vəfa İsmayılova: "Hər yer silkələndi, çıxış yolu tapa bilmədim, qapının yollarını itirdim. Çıxıb balkondan özümü atdım aşağı".

Qeyd edək ki, Ağdaşda ümumilikdə 26 nəfər həkimə müraciət edib. (Region TV)




Teqlər:





Xəbər lenti