Bakılı oğlan Rusiyanı heyran qoydu - Video

Bakılı oğlan Rusiyanı heyran qoydu - Video
  05 Sentyabr 2015    Oxunub:7258
22 yaşlı bakılı Emil Kadırov səsi ilə rusiyalıları heyran qoyub.
O, Rusiyanın Birinci kanalında (1 TV ) yayımlanan məşhur “Qolos” layihəsinin 4-cü mövsümünə iştirakçı kimi qatılıb.

Dünən yarışmada iştirak edən Emil Kadırov “Baila me” (“Mənim üçün rəqs et”) mahnısını təqdim edib. Onun ifası münsiflərlə bərabər tamaşaçıları da heyrətləndirib.

Emilin baroton səsi hətta bir neçə dəfə Polina Qaqarinanı həyəcanlandırıb. Basta isə həyəcanını əli ilə ürəyini tutaraq nümayiş etdirib.

Azərbaycanlı müğənninin ifası gur alqışlarla qarşılanıb. İfasını bitirdikdən sonra Emil Bakıdan olduğunu, Rusiyada təhsil aldığını söyləyib.

Qriqoriy Leps, Polina Qaqarina, Basta (Vasiliy Vakulenko) və Aleksandr Qradskinin daxil olduğu münsiflər heyətinin qarşısında çıxış edən Emil Kadırov növbəti tura vəsiqə qazanıb.

Müğənninin səsinə Aleksandr Qradski və Basta səs verib. Nəticədə Emil Kadırov öz iştirakını Qradskinin komandasında davam etdirmək arzusunda olduğunu deyərək onun seçib.

(Ans)


Teqlər:  





Xəbər lenti