Xəstə yanına gələn şəxs xəstəxanada öldü
Məlumata görə, Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Hikmət Hüseynov ürək çatışmazlığından ölüb.
Hadisə Binəqədi rayonunda yerləşən 6 saylı xəstəxananın həyətində baş verib.
Həmin kişinin xəstə yanına ziyarətə gəldiyi, lakin xəstəxananın həyətində vəfat etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.