Ərdoğan söz verdi: `Qisas alacağıq...`

Ərdoğan söz verdi: `Qisas alacağıq...`
  07 Sentyabr 2015    Oxunub:2236
“PKK terrorçuları Dağlıca hadisəsinin əvəzini çox ağır ödəyəcəklər”.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə (sentyabrın 6-da axşam) Hakkari vilayəti ərazisində, Dağlıca kəndi ərazisində 15-dən çox əsgər və zabitin şəhid olmasına münasibət bildirərkən deyib.

Xalqların Demokratiya Partiyasını (HDP) terroru dəstəkləməkdə ittiham edən R.T.Ərdoğan hadisənin təfərrüatlarını açıqlayıb: “Bu terorr hadisəsini törədənləri şiddətlə qınayıram. Hamımızın başı sağ olsun, Allah səbir versin”

Qeyd edək ki, ötən gecə İraqla həmsərhəd Hakkari vilayətinin Yüksəkova rayonunun Dağlıca kəndi ərazisində Türkiyə Silahlı Qüvvələrinə məxsus zirehli hərbi texnikanın hərəkəti zamanı yola basdırılmış təxminən 400 kq C-4 tipli partlayıcı maddənin terrorçular tərəfindən partladılması nəticəsində 15-dən çox əsgər və zabit həlak olub.

Ordu rəhbərliyi itkilərin dəqiq sayı barədə məlumat vermir. Terrpr hadisəsindən sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr PKK mövqelərini bombalayıb. Əməliyyatlar davam edir.


Teqlər:  





Xəbər lenti