Yeni avtobuslardan necə istifadə etmək lazımdır? - VİDEO

Yeni avtobuslardan necə istifadə etmək lazımdır? - VİDEO
  07 Sentyabr 2015    Oxunub:3773
Ötən gündən başlayaraq "Baku Bus" şirkətinə məxsus yeni avtobuslar №1 avtobus marşrutu olaraq işləməyə başlayıb.
AzVision.az xəbər verir ki, bu marşurutla hərəkət edən avtobuslar "28 May" metro stansiyasından "Koroğlu" metro stansiyasına qədər gedəcək.

Qarşısında innovasiya texnologiyalarının tətbiqiylə nəqliyyat daşınmalarının keyfiyyətinin artırılması məsələsini məqsəd qoyan "Baku Bus" şirkəti bildirir ki, bu ilin sonuna kimi bir neçə marşrut istismara veriləcək və avtobus parkı tamamilə yenilənəcək.

Yeni avtobuslara minmək və düşmək qaydaları aşağıdakı videoda göstərilib.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti