Ermənistan ordusunda itki: üç ölü, iki yaralı

Ermənistan ordusunda itki: üç ölü, iki yaralı
  07 Sentyabr 2015    Oxunub:4399
Ermənistanda Vardenis–Martuni yolunda baş verən yol qəzası nəticəsində üç erməni əsgəri ölüb, ikisi isə yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata əsasən qəza Qeharkuniks vilayətinin Çovak kəndində baş verib.

Belə ki, “Mercedes” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində avtomobilin sürücüsü 1985-cı il təvəllüdlü S.Q, sərnişinlər 1986-cı il təvəllüdlü T.S, 1970-ci il təvəllüdlü Q.M, 1977-ci il təvəllüdlü Q.S və Q.V müxtəlif dərəcəli xəsarət alıb. Onlar dərhal Vardenis rayonunda yerləşən hərbi hospitala yerləşdiriliblər.
Xəstəxanaya aparılan zaman T.S təcili yardım maşınında keçinib.

Sentyabrın 6-da saat 09:00 radələrində isə 1977-ci il təvəllüdlü Q.S və Q.V xəstəxanada dünyasını dəyişib.

Ermənistanın Müdafiə Nazirliyi də hərbçilərin ölümü və yaralanması ilə bağlı xəbəri təsdiqləyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti