Rusiya OPEK-dən imtina etdi

Rusiya OPEK-dən imtina etdi
  07 Sentyabr 2015    Oxunub:2897
Neft ixrac edən ölkələrin təşkilatı – OPEK Rusiyaya təşkilata daxil olmağı təklif edib, lakin rəsmi Moskva müşahidəçi kimi qalmağa qərar verib.
AzVision.az `İTAR-TASS` istinadən xəbər verir ki, bu barədə “FT Commodities” konfransının gedişi zamanı “Rosneft” şirkətinin rəhbəri İqor Seçin bildirib.

Seçinin sözlərinə görə, belə bir qərarın verilməsinə bir neçə səbəb var. Onlardan biri neft hasilatı metodlarında texnoloji fərqlərdir. Bundan əlavə Rusiya bazarı bu sahədə demək olar ki, tamamilə özəlləşdirilib və Rusiya hökuməti OPEK ölkələrində olduğu kimi bazara birbaşa müdaxilə edə bilməz.

“Rosneft” prezidentinin fikrincə, dünyada neft sahəsinin uzunmüddətli perspektivi Rusiya, Venesuela və İranla bağlı olacaq.

Seçin izah edib ki, məhz bu ölkələrin yeni yataqların kəşf edilməsi və hasilatında daha böyük potensialı var. O, vurğulayıb ki, beynəlxalq qiymətləndirilməyə görə, Rusiyanın yanacaq maddələrinin potensial ehtiyatı ABŞ və Yaxın Şərq ehtiyatlarını üstələyir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti