8 ayda 3 min miqrant dənizdə boğulub

8 ayda 3 min miqrant dənizdə boğulub
  07 Sentyabr 2015    Oxunub:1691
Bu ilin 8 ayında Avropaya getmək istəyən 2 min 800 miqrant Aralıq dənizində boğularaq ölüb.
AzVision.az BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yaydığı məlumata istinadən xəbər verir ki, bu il Aralıq dənizini keçərək Avropa ölkələrinə gedənlərin yarıdan çoxu Suriya vətəndaşıdır.

Bundan başqa ölkəsində mövcud vəziyyətlə bağlı avropaya üz tutan şəxslərin 366 402 nəfəri öz istəyinə nail olub.

Məlumatda deyilir ki, ən çox miqrantın getdiyi ölkə iqtisadi durumu çətin olan Yunanıstandır. Belə ki, son 8 ayda bu ölkəyə 244 855 qaçqın gedib. İtaliyaya 119 500, İspaniyaya 1953, Maltaya isə 94 miqrant keçib.


Teqlər:





Xəbər lenti