Ermənilər Qarabağda `referendum` keçirmək istəyir

Ermənilər Qarabağda `referendum` keçirmək istəyir
  08 Sentyabr 2015    Oxunub:2012
Ermənilər qondarma “Dağlıq Qarabağ Respublikası”nda (DQR) Konstitusiya islahatları ilə bağlı referendum keçirmək niyyətindədir
AzVision.az Ermənistanın “İrates de facto” qəzetinə istinadən xəbər verir ki, yaxın vaxtlarda “DQR” rəsmiləri bununla bağlı bəyanat verəcək.

“Artıq qeyri-rəsmi formada müzakirələr gedir, variantlar təklif olunur. Əsas məqsəd prezidentlik institutunun ləğv edilməsi və idarəetmənin parlamentə verilməsidir”, - deyə nəşr bildirib.

Lakin bəzi rəsmilər `prezident` vəzifəsinin simvolik olaraq saxlanılmasının tərəfdarıdır. Hazırda qondarma Qarabağ rəhbərliyi Ermənistanda Konstitusiya islahatlarının hansı formada keçiriləcəyini gözləyir”, - deyə nəşr yazır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti