Türkiyə şəhidlərin qisasını alır: 40 PKK-çı öldürüldü

Türkiyə şəhidlərin qisasını alır: 40 PKK-çı öldürüldü
  08 Sentyabr 2015    Oxunub:2830
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında Kürd Fəhlə Partiyası (PKK) terror təşkilatının düşərgələrinə aviazərbələr endirib.

AzVision.az “NTV”yə istinadən xəbər verir ki, əməliyyatlarda 50-yə yaxın təyyarə iştirak edib.

Aviazərbələr PKK-nın Kandil, Hakurk, Avaşin, Basyan və Metinada yerləşən baza və düşərgələrinə aviazərbələr endirib. Ümumilikdə 20-yə yaxın PKK obyektinə 130 bomba atılıb. Əməliyyatlar zamanı ən azı 40 PKK yaraqlısının məhv edildiyi bildirilir.

Qeyd edək ki, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Hakkari vilayəti ərazisində, Dağlıca kəndi ərazisində 15-dən çox əsgər və zabitin şəhid olmasına görə PKK-dan qisasın alınacağını söz vermişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti