Naxçıvanla sərhəddə terror: 10 polis şəhid oldu
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, terrorçular İğdır vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu sərhəd məntəqəsində polisləri aparan mikroavtobusu partladıb.
İlkin məlumatlara görə, terror aktı nəticəsində 10 nəfər ölüb, 3 nəfər yaralanıb.
Qeyd edək ki, 13-gün əvvəl PKK silahlıları Dilucu sərhəd buraxılış məntəqəsində polisləri aparan maşına silahlı hücum etmişdi. Hadisə nəticəsində iki polis əməkdaşı ağır yaralanmışdı.
Eldar Tanrıverdiyev