`Nasist kəndinə xoş gəlmisiniz` - Almaniyada qeyri-adi məkan

`Nasist kəndinə xoş gəlmisiniz` - Almaniyada qeyri-adi məkan
  08 Sentyabr 2015    Oxunub:4158
Almaniyanın Meklenburq Forpommern əyalətinin şimal hissəsində illərdən bəri “Yamel” deyilən və nasionalistlərin kompakt yaşadığı kənd öz varlığını qoruyub saxlamaqdadır.

Bir neçə dəfə bəzi şəxslər ara qızışdırmaq məqsədilə kənddəki anbarlara bilərəkdən od vurublar.

AzVision.az “Deutsche Welle“yə istinadən bildirir ki, nasisonal sosializm mühitində var olan bu kəndə girişlə bağlı müəyyən yasaqlar tətbiq olunur. Bunun üçün əvvəlcə mütləq polisə müraciət etmək lazımdır, çünki polisin nəzarəti altında kənddə qeyri-milliyyətçilərin təhlükəsizliyi təmin olunur.

Kəndin girəcəyində plakat şəkilində “azadlıq”, “sosializm”, “miliyyətçilik” kimi nasional sosializmdən dünyaya tanış olan bu şüarlar yer alıb. Kənddəki digər diqqət çəkən simvollarda biri də Avstriya istiqamətində Adolf Hitlerin doğulduğu Braunau şəhərinə 855 km məsafənin olduğunun göstərilməsidir.

Bütün bunlarla yanaşı, kənddə kiçik yaşlı sağçı uşaqlar üçün də oyun meydançaları da var.

Ümumiyyətlə, kənddəki atmosfer bütünlüklə Almaniyanın III Reyx rejimini xatırladır. Hər tərəfdə o dövrə aid müxtəlif simvol, şəkil, təsərrüfat həyatı, o dövrün ailə modeli, xüsusi yazılar, çağırış və yaxud şüarlar öz əksini tapıb.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti