Mişel Platini Azərbaycana gələcək

Mişel Platini Azərbaycana gələcək
  08 Sentyabr 2015    Oxunub:1970
UEFA prezidenti, FİFA-nın prezidentliyinə namizəd Mişel Platini Azərbaycana səfər edəcək.
AzVision.az xəbər verir ki, Platinin oktyabr ayında Bakıya səfər edəcəyi gözlənilir.

Səfər çərçivəsində UEFA prezidenti Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcək və Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununu izləyəcək.

Xatırladaq ki, UEFA prezidenti Azərbaycan milli komandalarının təlim-məşq bazasının 2013-cü il sentyabrın 21-də keçirilmiş təməlqoyma mərasimində iştirak edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti