Əliyev Nazarbayev və Atambayevlə görüşəcək
“Sentyabrın 11-də türk liderlərinin – Qazaxıstan, Azərbaycan və Qırğızıstan prezidentlərinin görüşünü keçirəcəyik. Obyektiv səbəblər üzündən cənab R.T.Ərdoğan bu iclasda iştirak etməyəcək, amma o, yüksək vəzifəli nümayəndələr göndərir. Bəzi ölkələr də bu iclasa öz nümayəndələrini göndərəcək. Bu, gündəmimizi müzakirə edəcəyimiz görüş olacaq” - nazir qeyd edib.
Digər türk dövlətlərinin nümayəndələrinin də iclasda iştirak edəcəyi gözlənilir. Görüşün gündəmi barədə İdrisov məlumat verməyib.
Teqlər: