Türklər HDP-nin binasını yandırdı – VİDEO

Türklər HDP-nin binasını yandırdı – VİDEO
  09 Sentyabr 2015    Oxunub:2290
Türkiyənin paytaxtı Ankarada bir qrup şəxs kürdlərin Xalqların Demokratik Partiyası (HDP) binasına hücum edib.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, HDP-nin baş qərargahına hücum zamanı binanın ikinci mərtəbəsi tamamilə yanıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları gəlib. Binanın yerləşdiyi küçə tamamilə bağlanıb.

Türkiyənin Avropa İttifaqı naziri Əli Heydər Konca HDP binasında baş verənləri belə şərh edib: “Şüşə, çərçivələr qırılsın amma insanlar ölməsin. Qoy bu bina tamamilə yansın amma insanlar ölməsin”.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti