Ermənistan Rusiyadan yeni silahlar alır

Ermənistan Rusiyadan yeni silahlar alır
  09 Sentyabr 2015    Oxunub:2327
Ermənistan Rusiyadan yeni silah və hərbi texnikalar alır. `AzeriDefence`nin Rusiya müdafiə sənayesindəki mənbələrdən əldə etdiyi məlumata görə, tərəflər arasında imzalanmış yeni müqaviləyə əsasən Rusiya güzəştli şərtlərlə İrəvana tanklar və tank əleyhinə özüyeriyən raket sistemləri satacaq.

Dəyəri bir neçə yüz milyon dollar təşkil edən müqavilə çərçivəsində Ermənistan Rusiyadan açıqlanmayan sayda T-73B3 tankının modernizə olunmuş yeni nümunələri, həmçinin “Kornet-EM” tank əleyhinə raket kompleksi və BMP-2 piyada döyüş maşınları üçün yeni qüllələr almağı planlaşdırır.

AzVision.az


Teqlər:  





Xəbər lenti