Diqqət: Bu gün yeni `iPhone`lar təqdim olunacaq

Diqqət: Bu gün yeni `iPhone`lar təqdim olunacaq
  09 Sentyabr 2015    Oxunub:2941
Amerikanın `Apple` şirkəti bu gün San Fransisko şəhərində İPhone` smartfonunun və ` Apple TV`nin yeni versiyasını təqdim edəcək.
AzVision.az məlumatına görə, təqdimat mərasimi “Bill Graham Civic Auditorium”da keçiriləcək.

Mərasimdə “iPhone 6S”, “iPhone 6S Plus”, “iPad Pro” qurğularının və “iOS 9” əməliyyat sisteminin təqdimatı gözlənilir. Gecəki təqdimatların içində daha çox maraqlı olan yeni Sapfir şüşəli "Force Touch" özəllikli displeylər olacaq. Bu özəllik istifadəçiyə “Tap” və “Click” istifadəsini verəcək.

Qeyd edək ki, adətən `Apple` şirkəti öz yeni modellərini məhz sentyabrda təqdim edir. Belə ki, texnologiya nəhəngi 2014-cü ilin sentyabrında `iPhone 6`, 2013-cü ilin sentyabrında `iPhone 5s`-i, 2012-ci ilin sentyabrında isə `iPhone5` modelini təqdim edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti