Nalbandyan “Chatham House”da çıxış edəcək

Nalbandyan “Chatham House”da çıxış edəcək
  09 Sentyabr 2015    Oxunub:1858
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan 9-10 sentyabr tarixlərində Londona rəsmi səfər edəcək.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, səfər Böyük Britaniyanın xarici işlər naziri Filip Hemmondun dəvəti əsasında baş tutacaq.

Məlumat əsasən Nalbandyanın britaniyalı həmkarı Filip Hemmond, Avropa üzrə nazir Devid Lidinqton, mədəniyyət, media və idman üzrə dövlət katibi Con Uitinqleydlə görüşəcəyi planlaşdırılır.

Bundan əlavə, Nalbandyanın Ermənistanın xarici siyasəti ilə bağlı Böyük Britaniyanın Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu - “Chatham House”-da da çıxış edəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti