Avropa müsəlmanları zorla xristianlaşdırır

Avropa müsəlmanları zorla xristianlaşdırır
  09 Sentyabr 2015    Oxunub:2385
Müharibə və vətəndaş qarşıdurması ucbatından ölkələrini məcburi tərk etmiş bəzi qaçqınlar Avropada mühacir statusu almaq naminə hətta dinlərini belə dəyişdirmək məcburiyyətində qalır.

Azərtac C “Spiegel-online” saytına istinadla xəbər verir ki, xristian dininə mənsub missionerlər Almaniyaya köç etmiş minlərlə köçkünün geri qaytarılmaq qorxusundan istifadə etməyə başlayıb. Miqrantlar arasında belə bir təbliğat aparılır ki, xristianlığı qəbul etməklə sığınacaq almaq şansı arta bilər.

Saytın məlumatına görə, müsəlman ölkələrindən köç etmiş insanlara üç aylıq dini kurslar keçilir və sonradan bu şəxslər paytaxt Berlinın yevangelik kilsəsində xristianlığa qəbul edilirlər.

Məlum olub ki, əsasən İran və Əfqanistandan olan miqrantlar arasında dinindən dönmək halları çoxluq təşkil edir. Bir qisim mühacir etiqadından döndükdə vətənlərində qohumlarının təzyiqlə qarşılaşmaması üçün adlarını belə gizlətməli olur. Belə addim atmış mühacirlər ümid edirlər ki, bu, onların qaçqın statusu almasını asanlaşdıra bilər.


Teqlər:  





Xəbər lenti