Devid Kameron məğlub oldu

Devid Kameron məğlub oldu
  09 Sentyabr 2015    Oxunub:1965
Britaniyanın baş naziri Devid Kameron seçildiyi müddət ərzində ilk dəfə məğlubiyyət acısını yaşayıb.

AzVision.az Britaniyanın “Sunday Times” qəzetinə istinadən xəbər verir ki, Avropa Birliyindən çıxmaq ilə bağlı parlamentdə keçirilən səsvermədə Devid Kameron tərəfdarları azlıq təşkil edib. Onun irəli sürdüyü təklifləri rədd edən parlament xalq səsverməsi üçün çəkiləcək bütün maliyyə sərfiyyatına da etiraz edib. Səsvermə zamanı 285 deputatın baş nazirin təklifinə dəstək verdiyi, 312-sinin isə qarşı çıxdığı aydınlaşıb.

Bununla da Kameron ilk dəfə olaraq məğlubiyyəti dadmalı olub.

Səsvermədə Kameron və partiyasının AB-dən çıxmaq təkliflərinə qarşı əks mövqe nümayiş etdirən Britaniyanın Əmək Partiyası, eləcə də Şotlandiya Milli Partiyası çox mühüm rol oynayıblar.

Buna baxmayaraq, 2017-ci ildə Britaniyanın Avropa Birliyidən çıxması ilə bağlı xalq səsverməsinin baş tutacağı gözlənilir. Devid Kameron administraiyası AB-dən çıxacağı halda Britaniyanın yenidən öz suverenliyini bərpa edəcəyi fikrini irəli sürməklə xalqın səsini qazanmağa çalışır.

“Sunday Times” qəzetinin əhali arasında keçirdiyi sorğudan belə məlum olub ki, respondentlərin 43%-i Britaniyanın Avropa Birliyindən çıxmasını, 40%-i isə qalmasının tərəfdarıdırlar. Sorğuda iştirak edən 17% isə bu məsələdə qərarsız olduqlarını bildiriblər.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti