Ukraynada azərbaycanlı iş adamı öldürülüb

Ukraynada azərbaycanlı iş adamı öldürülüb
  09 Sentyabr 2015    Oxunub:3190
Luqansk Vilayət Administrasiyasının keçmiş yüksək vəzifəli əməkdaşı avtomobilində gülləbaran edilib.
Ukraynanın separatçıların nəzarəti altında olan Luqansk şəhərində Vilayət Administrasiyasının keçmiş əməkdaşı, azərbaycanlı iş adamı Nəsibov Nəsib Yadigar oğlu naməlum şəxslər tərəfindən öldürülüb.

Luqansk Vilayəti Azərbaycanlıları Konqresindən verilən məlumata görə, əslən Azərbaycanın Xankəndi şəhərindən olan, Ukrayna vətəndaşı, 1958-ci il təvəllüdlü N. Nəsibov sentyabrın 1-də şəhərin mərkəzindəki küçələrin birində öz avtomobilində gülləbaran edilib.

Aldığı çoxsaylı güllələrdən tanınmaz hala düşən N. Nəsibovun meyiti ailəsi tərəfindən Luqanskda dəfn edilib.

N. Nəsibov 1988-96-cı illərdə Luqansk Vilayət Administrasiyasında yüksək vəzifə tutub.

Hazırda şəhəri nəzarətdə saxlayan “Luqansk Xalq Respublikası”nın milisi N. Nəsibovun ölümü ilə bağlı cinayət işi qaldırıb, qatilin, yaxud qatillərin tezliklə tapılacağına dair ailəsinə söz verib.(apa)


Teqlər:  





Xəbər lenti