Məşhur avtomobil şirkəti cəzalandırıldı

Məşhur avtomobil şirkəti cəzalandırıldı
  09 Sentyabr 2015    Oxunub:2480
BMW avtomobil şirkəti irqi ayrı-seçkilik etdiyi üçün 1,6 milyon dollar ödəyəcək.
Şirkət bu məbləği qaradərili əməkdaşlarını işdən çıxardığı üçün ödəmək məcburiyyətindədir.

Şirkət onların işdən azad olunmasına səbəb kimi həmin işçilərin vaxtilə həbsxanada olduqlarını göstərib. İşçilərin əksəriyyəti son 7 il ərzində məhkumluq həyatı yaşayıb.

BMW şirkəti 2013-cü ildə işdən çıxarılan 70 qaradərili əməkdaşı daxil olmaqla 88 nəfər işçi tərəfindən məhkəməyə verilib. ABŞ-dakı müəsissələrdən çıxarılan işçilərin əksəriyyəti 10 ildən çoxdur ki, şirkətlə əməkdaşlıq edib.

İrqi ayrı-seçkilik yalnız BMW şirkətinin əməkdaşlarını işdən çıxarması ilə bitmir. Son vaxtlar ABŞ-da diskriminasiya halları çoxalıb.

Bir neçə gün öncə Virciniya ştatında iki jurnalistin öldürülməsiylə yenidən bütün diqqət ABŞ-a yönəlib. (Ans)



Teqlər:  





Xəbər lenti