123 məmur istefaya göndərildi

123 məmur istefaya göndərildi
  10 Sentyabr 2015    Oxunub:2114
İraqın baş naziri Heydər əl-Abadi çərşənbə günü hökumət orqanlarında yüksək vəzifə tutan 123 məmuru tutduğu vəzifəsindən azad edib.
"Report" xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti nümayəndəsinə istinadən "Əs-Sumariya" telekanalı məlumat yayıb.

"Nazirlər Kabinetinin rəhbəri dövlət institutlarının işində səmərəliliyin artırılması məqsədi ilə islahatlar paketinin reallaşdırlması çərçivəsində 123 idarə rəhbəri müavini və onların baş direktorlarının vəzifələrindən kənarlaşdırılması barədə qərar qəbul edib", - deyə hökumətdəki mənbə bildirib.


Teqlər:





Xəbər lenti