Avropalılar qaçqınları qəbul etmir, etirazlar artır
Tədqiqat müəlliflərinin sözlərinə görə, polyakların 56 faizi qaçqınların, heç olmazsa, müvəqqəti qəbul olunmasına tərəfdardır. Onlar xatırladırlar ki, bu sorğu ilk dəfə may ayında keçiriləndə yardım göstərmək istəyənlərin sayı 16 faiz çox idi. Sosioloqlar bildirirlər ki, Polşada qaçqınların yerləşdirilməsi əleyhinə çıxan respondentlərin sayı artaraq, 21 faizdən 38 faizə çatıb.
Polşa iyul ayında immiqrantların köçürülməsi və yerləşdirilməsi üzrə Avropa proqramı çərçivəsində 2 min qaçqın qəbul etməyə razılıq verib. Miqrantların sayının artmasına baxmayaraq, Avropa Komissiyasından təkliflər gözləyən respublika əlavə qaçqınlar qəbul etməyə hazır olduğunu hələlik bəyan etməyib.
Mütəxəssislərin hesablamalarına görə, miqrantların Aİ ölkələrinə axını ilin sonunda 1 milyon nəfərə çata bilər.
Teqlər: