Almaniyada miqrantları yandırırlar
AzVision.az Almaniyanın “Stern” jurnalına istinadən xəbər verir ki, hadisə Baden-Vürttemberq əyalətinin Rottenburq şəhərində 84 nəfərin yerləşditildiyi sığınacaqda baş verib. Konteynerdə salınmış sığınacağa od vurulması nəticəsində 5 nəfər qaçqının yaralandığı qeydə alınıb.
Həmin ərəfədə Türinqen əyalətinin Ebeleben şəhərində də oxşar hadisə qeyd alınıb. Lakin bu dəfə qaçqınların yerləşdirilməsi üçün nəzərdə tutulmuş 3 sığınacağa od vurulub.
Əraziyə baxan polis məsələ ilə əlaqədar dəqiq analiz verə bilmədiyini və faktla bağlı araşdırılma aparılacağını deyib. Lakin yanğından bir müddət əvvəl 4 nəfər şübhəli radikal ekstrimist gəncin yaxınlıqda dolaşdıqları müşahidə olunub.
Yada salaq ki, buna qədər Almaniyanın Heppenhaym şəhərindəki qaçqın düşərgəsində də yanğın qeydə alınmışdı. Yanğının zamanı bir nəfər yanmamaq üçün özünü binanın pencərəsindən bayıra ataraq yaralanmış, bir neçə nəfərin isə tüstüdən boğulmuşdu.
Fərrux Həsənov
AzVision.az