Azərbaycanlı narkobaron rusları şoka saldı

Azərbaycanlı narkobaron rusları şoka saldı
  10 Sentyabr 2015    Oxunub:26693
Rusiyada sintetik mənşəli narkotik vasitələrinin satışının qarşısı alınıb. 7 nəfərlik cinayətkar qrupun üzvüləri Moskva və Çerkessk şəhərinin sakinləridir. Cinayətkar dəstənin təşkilatçısı isə Azərbaycan vətəndaşıdır.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayətkarlar narkotiki internet - `Skype` üzərindən satırlarmış. Alıcı isə məhsulu online ödəniş vasitələri ilə əldə edib.

Alıcı narkotik vasitələri əvvəlcədən müəyyənləşdirilən yerdən götürürmüş.

İki il ərzində cinayətkar dəstə Qaraçay – Çərkəz Respublikası ərazisində narkotik vasitələrinin satışı ilə məşğul olub.

Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin Qaraçay – Çərkəz Respublikası üzrə İdarəsi faktla bağlı cinayət işinə başlayıb. Cinayət işi açılan şəxslər 20 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Cinayətkar dəstənin təşkilatçısı, Azərbaycan vətəndaşı federal axtarışa verilib. Dəstənin digər iştirakçılar isə polis tərəfindən saxlanılıb. Onların məhkəmə qarşısına çıxarılması gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti