Kürdlər türk polislərə hücum etdi: Ölən və yaralılar var

Kürdlər türk polislərə hücum etdi: Ölən və yaralılar var
  10 Sentyabr 2015    Oxunub:2945
Terrorçu Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları Türkiyənin Tunceli vilayətində polislərə hücum edib.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində bir polis əməkdaşı ölüb, daha iki polis əməkdaşı və bir mülkü vətəndaş yaralanıb.

Məlumata əsasən terrorçular polis əməkdaşlarının qaldığı yataqxana qarşısında keşiş çəkən zirehli maşına atəş açıb. Terrorçular minaatan və avtomatlardan atəş açıb. Yataqxana mühafizəçiləri cavab atəşi açıb və hadisəm yerinə xüsusi təyinatlıları çağırıb. Hadisə yerinə xüsusi təyinatlıların gəldiyini görən kürd yaraqlılar ərazini tərk ediblər.

Hazırda Türkiyə polisi hücum edən şəxslərin axtarışı və zərərsizləşdirilməsi üçün regionda genişmiqyaslı əməliyyatlar keçirir.
Qeyd edək ki, sentyabrın 8-i İğdırda baş verən terror aktında 14, Tuncelidə isə 4 polis həlak olub. Ümumilikdə Türkiyədə gün ərzində şəhid olan polislərin sayı 18-ə çatıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti