Ermənilərdən ruslara güzəşt: Pasportsuz gəlin

Ermənilərdən ruslara güzəşt: Pasportsuz gəlin
  10 Sentyabr 2015    Oxunub:2691
Ermənistan Rusiya Federasiyası vətəndaşlarına ölkəyə xarici pasportsuz daxil olmağı icazə vermək istəyir.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan ərazilərin idarə olunması və fövqəladə hallar nazirliyinin dövlət miqrasiya xidmətinin rəhbəri Qaqak Yeqanyan bildirib.

Onun sözlərinə görə, ölkəyə daxil olmaq üçün rusların şəxsiyyət vəsiqəsi kifayət edəcək: “Texniki və hüquqi məsələlər problem deyil və yəqin ki, yaxın vaxtlarda həll olunacaq`.

Yeqanyanın sözlərinə görə, bu cür tədbirlər rusların Ermənistana gəlişini asanlaşdıracaq. Bu isə öz növbəsində turist axını, biznesə yeni investisiyaların yatırılması imkanını artıracaq: ` Ölkəyə turist axınları bu və ya digər dərəcədə Rusiya ilə bağlıdır və bu sahədə maksimal liberallaşdırma bizim hamımız üçün sərfləridir. Təbii ki, ruslar bura gəlməyin asan olduğunu bilsələr, onda tez-tez gəlməyi istəyirlər`.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti