ABŞ-da Ermənistan konsulluğunu yandırmaq istədilər

ABŞ-da Ermənistan konsulluğunu yandırmaq istədilər
  10 Sentyabr 2015    Oxunub:1929
Naməlum cinayətkar avqustun 10-u Ermənistanın Kaliforniya ştatının Qlendeyl şəhərində yerləşən konsulluğuna `Molotov kokteyli` atıblar.
AzVision.az xəbər verir ki, bu barədə `The California Courier` qəzeti adının çəkilməsini isitməyən mənbəyə istinadən xəbər verir.

Qəzetin redaktoru Arut Sasunyanın sözlərinə görə, insident konsulluğun video-müşahidə kameralarına düşüb. Yerli vaxtla gecə 00:03-də binanın qarşısında maşın dayanır, bir nəfər maşından düşərək bina istiqamətində içərisində yandırıcı qarışıq olan butulka atıb. Binanın bir hissəsində yanğın izləri qalıb.

Polislər hadisə yerinə gələnə qədər cinayətkarlar ərazini tərk edib. Qlendeyl və ABŞ Dövlət Departamentinin Təhlükəsizlik Xidməti aktiv şəkildə məsələni araşdırır. Bu ABŞ-da, bəlkə də bütün dünyada Ermənistan diplomatik binasını hücuma məruz qaldığı ilk haldır.

Qlendeyl polisinin mətbuat xidməti `The California Courier` qəzetinin əməkdaşı ilə söhbətində bildirib ki, insidentlə bağlı araşdırma getdiyindən o, heç bir açıqlama verə bilməz.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti