Zəlimxan Yaqubun səhhəti pisləşib
"Səhhətim qəflətən pisləşdi. Döş qəfəsimdə kəskin ağrılar vardı. Yaxınlarım məni Mərkəzi Klinik Xəstəxanaya apardılar", deyə Zəlimxan Yaqub bildirib.
Xalq şairi 4 gün xəstəxanada həkim nəzarəti altında müalicə alıb. Bu gün evə buraxıldığını deyən Zəlimxan Yaqub müalicəsini evdə davam etdirəcəyini deyib.
Xatırladaq ki, Zəlimxan Yaqub 2012-ci ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı keçirib. Əməliyyat zamanı xalq şairinin hər iki böyrəyi çıxarılıb. Müxtəlif ölkələrdə müalicə alan şairin müalicəsi dövlət tərəfindən maliyyələşdirilib.
Teqlər: