ABŞ Qarabağdakı `seçkiləri` tanımayacaq

ABŞ Qarabağdakı `seçkiləri` tanımayacaq
  11 Sentyabr 2015    Oxunub:2278
“ABŞ Dağlıq Qarabağda keçiriləcək qondarma seçkilərin nəticələrini tanımayacaq”.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi bildirib.

“Etiraf edirik ki, münaqişənin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağın əhalisi öz gələcəyinin həllində rol oynayacaq. Buna baxmayaraq, ABŞ Dağlıq Qarabağı müstəqil, suveren ölkə kimi tanımır və bununla əlaqədar olaraq, sentyabrın 13-də keçiriləcək dırnaqarası seçkilərin nəticələrini regionun hüquqi statusuna təsir göstərən nəticələr kimi qəbul etməyəcək”-deyə ABŞ rəsmisi qeyd edib.

O, həmçinin bildirib ki, bu qanunsuz seçkilər Dağlıq Qarabağın qəti statusu məsələsini, yaxud Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün cari danışıqların nəticələrini heç bir halda irəlicədən müəyyən etmir.

AzVision.az


Teqlər:  





Xəbər lenti