11 sentyabr faciəsindən 14 il keçir

11 sentyabr faciəsindən 14 il keçir
  11 Sentyabr 2015    Oxunub:1918
Bu gün Amerikada törədilən və 3 min nəfərin ölümü ilə nəticələnən 11 sentyabr terror hadisəsinin 14-cü ildönümüdür.
Qeyd edək ki, 11 sentyabr 2001-ci ildə Amerikanın Nyu-York şəhərində yerləşən «World Trade Center» (Dünya Ticarət Mərkəzi) terrorçu kamikadzelərin hücumu ilə dağıdılıb. Belə ki, Amerika hava yollarının Boston reysi üzrə hərəkət edən reaktiv təyyarəsi, göyərtəsində 92 sərnişin ilə birlikdə Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. Bundan 18 dəqiqə sonra ikinci təyyarə digər binaya çırpılıb.

Çırpılma nəticəsində hər iki bina yanmağa başlayıb və bir müddətdən sonra binalar tamamilə çöküb.

Törədilən terror hadisəsi nəticəsində 2996 insan həlak olub, 24 nəfər isə itkin düşüb.

Hər il sentyabroı 11-də Amerika xalqı bu günü yad edir, ölən və itkin düşənlərin xatirəsinə şam yandırılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti