İŞİD Azərbaycan bankına hücum etdi – FOTO

  11 Sentyabr 2015    Oxunub : 8299
İŞİD Azərbaycan bankına hücum etdi – FOTO
İraq və Şam islam Dövləti (İŞİD) terror qruplaşmasının tabeliyində olan haker qrupları Azərbaycan banklarından birinin saytını dağıdıblar.

AzVision.az xəbər verir ki, hücuma `Əmrahbank`ın amrahbank.az və amrahbank.com ünvanında yerləşən rəsmi veb-saytları məruz qalıb.

Hazırda sayta daxil olduqdan 1-2 saniyə sonra başqa səhifə açılır və yeni açılan səhifədə Usamə bin Laden və 11 sentyabrda partladılmış qoşa qüllələrin şəkili, digər tərəfdə isə İŞİD-in bayrağı təqdim olunur.

Saytın `İslamic cyber army` adlanan haker qrupu tərəfindən dağıdıldığı bildirilir.



Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: