İnsanları girov götürdü... – Film kimi cinayət (VİDEO)

İnsanları girov götürdü... – Film kimi cinayət (VİDEO)
  11 Sentyabr 2015    Oxunub:3020
Los-Anceles polisi restoranlardan birində ən azı 6 nəfəri girov götürən şəxsi güllələyib.
Bu barədə AzVision.az `NBC News`-ə istinadən xəbər verir.

İlkin ehtimallara əsasən cinayətkar Los –Anceles dairəsində yerləşən Dauni şəhərində minik avtomobilini oğurlayıb. Polis onu təqib etməyə başlayıb. 45 dəqiqə davam edən təqib zamanı cinayətkar sürət avtomobillə saata 120 kilometr sürətlə hərəkət edib və az qala velosipedlə hərəkət edən şəxsi vuracaqmış.

Təqib zamanı cinayətkar maşına ciddi ziyan vurub və yolda digər maşını saxlayıb. O, həmin maşının sürücüsünü hədələyərək onun avtomobilini əlindən alıb və hərəkəti davam etdirib.

Onun idarə etdiyi avtomobil polis maşını ilə toqquşduqdan sonra yerli vaxtla 19:45 (Bakı vaxtı ilə 07:45) cinayətkar `Chris` and Pitt`s` adlı restorana daxil olaraq oradakı insanları girov götürüb.

Cinayətkarla aparılan danışıqlardan sonra restoranı üç nəfər tərk edib. Onların girov olub-olmaması barədə məlumat verilmir.
Daha sonra polis açıqlamasında cinayətkarın öldürüldüyünü bəyan edib. Girovların arasında xəsarət alanların olub-olmaması barədə məlumat verilmir. Cinayətkarın şəxsiyyəti müəyyənləşdirilir.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti