BBC: Suriya erməniləri Qarabağa köçürülür

BBC: Suriya erməniləri Qarabağa köçürülür
  11 Sentyabr 2015    Oxunub:2942
Avropada miqrant böhranı başlayandan indiyədək Ermənistan bir neçə min Suriya ermənisinə sığınacaq verib.

AzVision.az xəbər verir ki, bu barədə `BBC News`-un dərc etdiyi məqalədə bildirilir.

`BMT-nin qaçqınlar üzrə agentliyinin hesabatına əsasən Suriyada böhranın başlanmasından bəri 15 000-dən çox suriyalı Ermənistanda sığınacaq tapıb.

Suriyalı qaçqınların böyük əksəriyyəti Osmanlı İmperiyası zamanı 1915-ci il hadisələri ilə bağlı Suriyaya köçən ermənilərdir. Bundan sonra onlar Deyr-əz-Zor regionunda məskunlaşıb. Bu hadisələrdən bir əsr sonra isə Suriya erməniləri yenidən köç ediblər. Belə ki, onlar Livanın paytaxtı Beyruta gələrək buradan İrəvana uçublar`, - deyə `BBC` yazır.

İngilis nəşri qeyd edir ki, Ermənistanın iqtisadiyyatı acınacaqlı durumda olduğundan, onlar suriyalı qaçqınlara tam yardım edə bilmirlər.

Suriyalı qaçqınlara dövlət dəstəyi dedikdə isə təhsil, tibbi xidmət və sənədlərin təqdim olunması nəzərdə tutulur.

“Bizi onların yerləşdirilməsi narahat edir. Bu, artıq bizim vəzifəmizdir. Biz köməklə bağlı beynəlxalq və xeyriyyə təşkilatlarına müraciət etməliyik. Çünki ciddi problemlə qarşılaşmışıq. Axın olduqca yüksəkdir. Biz bu işin öhdəsindən gələ bilməyə bilərik”, - deyə Ermənistanın Diaspora Nazirliyinin aparat rəhbəri Firdus Zakaryan bildirib.

Nazirliyin yerləşdirmə üzrə departamentinin rəhbəri Robert Matevosyan `BBC`yə bildirib ki, Suriya ermənilərinin böyük əksəriyyəti Dağlıq Qarabağ ərazisində yaşamaq istəyir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti