Məkkədə dəhşətli faciə: Ölü sayı 107-ə çatdı (Yenilənib)

Məkkədə dəhşətli faciə: Ölü sayı 107-ə çatdı (Yenilənib)
  12 Sentyabr 2015    Oxunub:10350
Səudiyyə Ərəbistanının Məkkə şəhərində müsəlmanların müqəddəs ziyarətgahı olan "Məscidül-Həram"ın genişləndirilməsi işləri zamanı qaldırıcı kranın aşması nəticəsində məscidin divarlarından biri dağılıb.

Hadisə nəticəsində təqribən 10 nəfərin öldüyü, 20 nəfərin xəsarət aldığı bildirilir.

Hazırda xilasedicilər və təcili tibbi yardım briqadası hadisə yerindədirlər.

Hadisəyə ilkin səbəb kimi güclü yağış yağması göstərilir.

Qeyd edək ki, hazırda Məkkədə Ümrə ziyarəti həyata keçirilir.

***

İlkin məlumatlara görə, hadisə zamanı Azərbaycan vətəndaşları arasında zərərçəkən olmayıb.

***
Ən son məlumatlara görə, Məkkədə baş verən hadisə nəticəsində ölü sayı 65-ə çatıb. 80-dən çox insanın yaralandığı bildirilir.

Hazırda hadisə yerinə xeyli sayda xilasedici cəlb olunub. Ölü sayının artacağı ehtimal edilir.

***

Məkkədə baş verən faciə nəticəsində ölü sayı artmaqdadır. Ən son məlumatlara görə, qaldırıcı kranın aşması nəticəsində 87 nəfər ölüb, 183 nəfər xasarət alıb.

***

Son məlumatlara əsasən hadisə nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb, 184 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti