İrəvanda etiraz aksiyalıları dağıdıldı – Saxlanılanlar var (VİDEO)
AzVision.az“RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, polis Baqramyan prospektini aksiya iştirakçılarından təmizləyib.
Məlumatda qarşıdurma nəticəsində saxlanılanların olduğu bildirilir. Polis məntəqələrinə aparılanların dəqiq sayı barədə məlumat verilmir.
Qeyd edək ki, ötən axşam İrəvanın mərkəzində “Talana yox!” vətəndaş təşəbbüsü elektrik enerjisinin bahalaşmasına etiraz olaraq yürüş keçirib, sonra isə Ermənistan prezidentinin qərargahı yaxınlığındakı prospekti bağlamışdı.
Eldar Tanrıverdiyev
AzVision.az