Sinizmin möhkəmlənməsi

Sinizmin möhkəmlənməsi
  12 Sentyabr 2015    Oxunub:4838
Sahib Məmmədov

Avropa İttifaqı Parlamentinin 10 sentyabr 2015-ci il tarixli Plenar sessiyasında qəbul olunmuş “Avropa Parlamentinin Azərbaycana dair Qətnamə”si absurddur və sinizmin ən yüksək həddidir.


Jurnalisirin peşə fəaliyyətinə aid olmayan səbəbdən faciəli vəfatını söz azadlığına basqı kimi qiymətləndirən qətnamə müəlliflərinin məqsədi nədir? Ağ yalanın ciddi bir təsisatın qətnaməsində əks olunması nə deməkdir? Bu orqanın qətnaməsinə hansı hökumət ciddi yanaşa bilər?

Əslində mən bu qətnamənin yalnız J bəndinə yer alan məsləyə münasibət bildirmək istəyirəm.

Maraqlıdır, Aİ Parlamentinin qətnaməsində ATƏT-in Proqram Koordinatorluğunun fəaliyyətinin dayandırılması ilə bağlı müddəaya səs verərkən parlament üzvləri fərqində olublarmı ki, Aİ üzvü olan 27 dövlətin heç birində, həmçinin Aİ üzvülüynə namizəd olan dövlətdə ATƏT-in ofisi, missiyası, proqram koordinatorluğu, müşahidə-nəzarət qrupu və s. strukturu yoxdur? Niyə?

Bəlkə bu ölkələrdə ATƏT regionunda mövcud olan problemlərdən heç biri yoxdur? Məslən ksenofobiya, miqrant problemi, dini dözümsüzlük, roman qrupuna daxil olan xalqın problemi və s.

Aİ Parlament üzvləri diqqət yetiriblərmi ki, ATƏT üzvü olan 57 dövlətdən yalnız 12-də ATƏT-in yuxarıda sadalanan hər hansı bir təsisatı var?

Aİ Pralament üzvləri 11 ATƏT üzvü olan ölkələrdə bu missiya, ofis, proqram koordinatorluğu və s. bağlanarkən hər hansı qətnamə qəbul ediblərmi?

Məsələn, Gürcüstanda 2008-ci ildən ATƏT ofisi fəaliyyət göstərmir (səbəbi nə olursa-olsun). Bu hal Aİ Parlamentarilərini niyə narahat etmir?

Azərbaycan ATƏT-lə imzaladığı anlaşma memorandumuna sadiqliyini nümayiş etdirmişdi və ATƏT-in Proqram Koordinatorluğu uğurla fəaliyyət göstərirdi. ATƏT üzvü olan dövlətlərdən birinin antiazərbaycan mövqeli səfirinin hikkəsi ilə səlahiyyətlərinin icrasına yeni başlamış səfirin absurd əsasla geri çağırılmasına özünə hörmət edən istənilən dövlətin reaksiyası necə olmalı idisə, Azərbaycan dövlətinin də münasibəti o cür oldu. Hətta bir az da yumuşaq.


Teqlər:  





Xəbər lenti