Baş nazir miqrantlara: Qayıdın, gəldiyiniz yerə

Baş nazir miqrantlara: Qayıdın, gəldiyiniz yerə
  12 Sentyabr 2015    Oxunub:2753
Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, miqrantlar gəldikləri yerə qayıtmalıdırlar.
AzVision.az xəbər verir ki, bu barədə baş nazir Almaniyanın “Bild” qəzetinin “Macarıstan sərhədləri bağladıqdan sonra miqrantlar hara gedəcək” sualını cavablandırarkən bildirib.

“Hardan gəliblərsə, elə ora. Yeri gəlmişkən onlar bilavasitə döyüşlərin getdiyi ərazilərdən yox, Suriya ilə sərhəddə yerləşən Livan, İordaniya və Türkiyədə yerləşən düşərgələrdən gəlirlər. Onlar orada təhlükəsizlikdədirlər. Çünki, onlar orada təhlükədən qaçmayıblar. Onlar Avropaya təhlükəsizik üçün deyil, daha yaxşı yaşam üçün gəlirlər”, - deyə Baş nazir vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti