Angela Merkeldən terror xəbərdarlığı

Angela Merkeldən terror xəbərdarlığı
  12 Sentyabr 2015    Oxunub:2577
Almaniya kansleri Angela Merkel qaçqın böhranından dolayı sağçı ekstimist qruplar tərəfindən hər hansısa bir terror hadisəsinin törədilə biləcəyi ehtimalı ilə bağlı xəbərdarlıq edib.

AzVision.az Almaniyanın “Stern” jurnalına istinadən bildirir ki, Merkel Avropaya kütləvi qaçqın axınından dolayı sağ sektor tərəfindən əcnəbilərə qarşı terror silsilələrinin baş verməsinin labüd olduğunu deyib.

Miqrant probleminə yanaşmada Qərbi və Şərqi Almaniya arasında ciddi fikir müxtəlifiyini dilə gətirən Angela Merkel tərəflər arasında ortaq məxrəcin olmadığına da eyham vurub.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti