Davudoğlu yenidən AKP sədri seçildi
Qurultayda keçirilən səsvermədə 1360 nəfər iştirak edib. Ə. Davudoğlunun namizədliyini 1353 nümayəndə dəstəkləyib. Bülletenlərin 7-si etibarsız sayılıb.
Baş nazir Əhməd Davudoğlu səsvermə yolu ilə yenidən Ədalət və İnkişaf Partiyasının sədri seçilib.
Partiyanın digər orqanlarının tərkibi də seçilib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradovanın rəhbərliyi ilə partiyanı təmsil edən nümayəndə heyəti qurultayda iştirak edib.
Nümayəndə heyətinə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev və partiyanın Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı daxildir.
AzVision.az