Məkkədə aşan kranın sahibi ben Laden ailəsi imiş

Məkkədə aşan kranın sahibi ben Laden ailəsi imiş
  13 Sentyabr 2015    Oxunub:3077
Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Əl-Haram məscidində zəvvarların üzərinə aşan inşaat kranının sahibi “Əl-Qaidə”nin öldürülmüş sabiq lideri Üsamə ben Ladenin ailəsidir.
Bu barədə məlumatı İngiltərənin Daily Mail nəşri əldə edib.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, nəşrin yazdığına görə, zəvvarların üzərinə aşan kran Saudi BinLaden Group tikinti firmasını idarə edən alman kompaniyasına məxsusdur.

Ölkənin tikinti bazarında inhisarçı olan bu firmanın əsası 1931-ci ildə “Əl-Qaidə”nin eks-liderinin atası Məhəmməd ben Laden tərəfindən qoyulub.

Ben Laden Səudiyyə Ərəbistanında hörmətli familiyadır. Bu familiyanı daşıyanlar arasında milyarderlər və kralın yaxın dostları var. Bir nömrəli terrorçunun 600-ə yaxın qohumunun olduğu bildirilir.

Xatırladaq ki, kranın aşması nəticəsində 107 nəfər həlak olub, 238 nəfər yaralanıb. Ölənlər arasında iki türk zəvvar da var.


Teqlər:





Xəbər lenti