Kəbədəki faciədə ölənlərin kimliyi bilindi

Kəbədəki faciədə ölənlərin kimliyi bilindi
  13 Sentyabr 2015    Oxunub:3002
Səudiyyə Ərəbistanının Məkkə şəhərində qaldırıcı kranın aşması nəticəsində ölən 107 nəfərdən 70-nin kimliyi müəyyən edilib.
Ölənlər arasında 4 türk də var. Bir türk isə, itkin hesab olunur. Məkkə rəhbərliyinin sözlərinə görə, qəza zamanı bəzi cəsədlər tanınmaz hala düşdüyündən onların kimliyini müəyyən etmək çətinlik törədir. Ekspertlər barmaq izləri və toxuma nümunələri ilə ziyarətçilərin şəxsiyyətini müəyyən etməyə çalışırlar.

Qəza nəticəsində azı 238 nəfərin yaralandığı bildirilir.

Səudiyyə Ərəbistanı hökuməti qəzanın baş verməsinə güclü küləklərin səbəb olduğunu göstərib.

Ötən gün kral Salman da hadisənin baş verdiyi Kəbeyi Müəzzəmə məscidində olub. Kral daha sonra “Nur” xəstəxanasında yaralılara baş çəkib.

Hazırda faktla bağlı istintaq araşdırması davam etdirilir. (Ans)




Teqlər:





Xəbər lenti