Azərbaycanda film kimi oğurluq - 2 qədəh, toy kaseti...
Laçın məcburi köçkünü Gülbikə Verdiyeva yaylaqdan qayıdarkən qapının qırıldığını və evdən bəzi əşyaların aparıldığını bildirib. Onun sözlərinə görə, həmçinin oğlunun toy kaseti oğurlanıb, mənzilin girişinə 2 qədəh, bəy və gəlinin şəkili üzərinə isə bıçaq qoyulub.
O, oğruların qonşuluqda yaşayan Bəyoğlan Verdiyevin də evini yardıqları bildirib.
Faktla bağlı Laçın rayon Polis şöbəsində istintaq qrupu yaradılıb, təhqiqat aparılır.
Teqlər: