Bakıda qardaş bacısını polisə verdi

Bakıda qardaş bacısını polisə verdi
  13 Sentyabr 2015    Oxunub:3716
Bakıda qardaş bacısından polisə şikayət edib.
AzVision.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, 39-cu Polis Bölməsinə müraciət edən 1968-ci il təvəllüdlü Şahin Novruzov bacısının səhvi ucbatından xeyli miqdarda ziyana düşdüyünü bildirib.

Şikayətçi qeyd edib ki, Xəqani küçəsi 39 ünvanında yerləşən DDT-İN MMC-nin rəhbəridir. Bir müddət əvvəl bacısı Leyla onun 8 min manatlıq ödənişini elektron xidmətlər vasitəsi ilə həyata keçirib. Lakin pul ünvanına çatmayıb.

Ş.Novruzov ona dəymiş ziyanın ödətdirilməsinin təmin edilməsini xahiş edib.

Müraciət əsasında araşdırma aparılır.


Teqlər:





Xəbər lenti