`Qaçqınlar geri qaytarılmalıdır` – Xristian Sosialistlər Partiyası

`Qaçqınlar geri qaytarılmalıdır` – Xristian Sosialistlər Partiyası
  14 Sentyabr 2015    Oxunub:1767
Almaniyanın “Xristian-Sosialistlər Birliyi” adlı partiyanın əyalət qruplarının Bundestaqdakı rəhbəri Maks Ştraubinqer suriyalı qaçqınların geri, öz vətənlərinə yola salınmalı olduqlarını deyib.

AzVision.az Almaniyanın “Die Zeit” qəzetinə istinadən bildirir ki, partiya rəsmisi məsələyə münasibətində bütünlükdə Suriyada savaşın getmədiyi söyləyib. O, əlavə edib ki, “Suriyada müharibə getmir, Hələb şəhəri Dəməşq deyil. Suriyanın bir çox şəhərləri var ki, orada insanlar normal yaşaya bilərlər”.

O, fikirlərinə əlavə edib ki, Almaniya bütünlükdə Suriyalı qaçqınları geri qaytarmalıdır, əks halda çox çətin duruma düşəcək. Maks Ştraubinqer onu da nəzərə çatdırıb ki, Almaniya Suriyadakı (Dəməşq) rəsmi səfirliyini mütləq bağlamalıdır.

Bundan əvvəl Almaniya vitse-kansleri və iqtisadiyyat naziri Zigmar Qabriyelin Almaniya 1 ilə yarım milyon qaçqın qəbul edəcək fikrinə münasibət bildirən “Xristian Sosialistlər Birliyi” partiyasının rəsmisi Maks Ştraubinqer açıqlamasında bu addımın tamamilə səhv qərar olduğunu deyib.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti