Üç qardaşı öldürdü, sonra intihar etdi – Dəhşətli qətl

Üç qardaşı öldürdü, sonra intihar etdi – Dəhşətli qətl
  14 Sentyabr 2015    Oxunub:3405
ABŞ-ın Luiziana ştatında 60 yaşlı Rodni Çemin adlı şəxs üç qardaşı öldürərək, sonradan intihar edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Baton Ruj şəhərində baş verib.

Polisin sözlərinə görə, onlar meyitləri yerli vaxtla 00:30-da evlərdən birində aşkarlayıblar. Sonradan məlum olub ki, Allen qardaşları – Cozef, Perri və Mark futbola baxmaq və musiqi inləmək üçün qonşuları olan Rodnigilə gəliblər.

Şahidlərin sözlərinə görə, öncə evdən qışqırıq səsləri gəlib, təxminən 10 dəqiqə sonra isə atəş açılıb.

Qardaşların yaxını bildirib ki, onlar həmim şəxslə dost olublar və demək olar ki, hər həftə sonu Rodninin evinə qonaq gedirlərmiş.

Hazırda ABŞ polisi faktla bağlı araşdırmalara başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti